Kəmaləddin Heydərovdan YENİ TƏYİNATLAR - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) iki regional mərkəzində kadr dəyişikliyi olub.
Musavat.com xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmrləri ilə polkovnik Vaqif Fətullayev Sumqayıt Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilib. O, nazirin digər əmri ilə Aran Regional Mərkəzinin rəisi təyin olunub.

Vaqif Fətullayev
Sumqayıt Regional Mərkəzinin yeni rəisi də məlum olub. Belə ki, daha əvvəl regional mərkəzlərdən birinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev bu vəzifəyə təyin edilib.
Vüqar Ağayev artıq FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi kimi fəaliyyətə başlayıb.
Şahanə Rəhimli
Musavat.com
