Vuçiç seçkilərdən sonra hərbi çevriliş etmək istəyib – Şok təfərrüat

 

 

 

 

Seçkilərdə məğlubiyyətindən sonra Aleksandr Vuçiç Serbiyada çevriliş etməyi planlaşdırıb.

Musavat.com xəbər verir ki, məlumatı The Times qəzeti yayıb.

Nəşrin məlumatına görə, keçmiş Serbiya prezidenti müxalif Tələbə Siyahısının qələbəsini tanımaq istəməyib və seçki nəticələrini zorla ləğv etməyi düşünüb.

Polisin terrorizmə qarşı mübarizə bölməsinin keçmiş rəisi Spasoje Vuleviç Vuçiçin Belqradın mərkəzinə 4000 polis məmuru və 3000 yaraqlı göndərdiyini iddia edir.

Avropa Parlamentinin üzvü Sandro Qozi diplomatik mənbələrə istinadən Vuçiçin zorakı çevrilişə hazır olduğunu bildirib.

Lakin Tələbə Siyahısı-nın namizədlərindən birinin sözlərinə görə, polis və xarici hökumət nümayəndələrinin çoxsaylı zənglərindən sonra Vuçiç bu planlarından imtina edib.

Təsdiqlənməmiş məlumatlara görə, onu dayandırmağa çalışanlar arasında Macarıstanın keçmiş Baş naziri Viktor Orban da olub.