Türkiyə milli müdafiə naziri Qazaxıstana gedib

Türkiyə milli müdafiə naziri Yaşar Gülər rəsmi səfər çərçivəsində Qazaxıstana gedib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında məlumat verib.

Astanaya gələn nazir Yaşar Güləri hava limanında Qazaxıstanın müdafiə naziri general Ruslan Jaksilikov qarşılayıb.

Məlumatda bildirilir ki, Yaşar Güləri Qazaxıstana səfəri zamanı nazir müavini Bilal Durdalı müşayiət edib.