Zaur Rzayev vəfat etdi - YENİLƏNİB
Mərkəzi Neftçilər Xəstəxanası Xalq artisti Zaur Rzayevin vəfatı ilə bağlı məlumat yayıb.
Bu barədə Ölkə.az-a xəstəxanadan məlumat verilib.
Bildirilib ki, xəstəxananın Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü Xalq artisti Zaur Rzayevin oktybarın 29-u saat 18:30-da bioloji ölüm faktı qeydə alınıb.
Pasiyent oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, vəziyyətinə uyğun zəruri tibbi müdaxilələr və intensiv müalicə tədbirləri həyata keçirilib. Həkimlərin səylərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət etsin!
***
Azərbaycanın Xalq artisti Zaur Rzayev 74 yaşında vəfat edib.
Ölkə.az xəbər verir ki, o, oktyabrın 29-da dünyasını dəyişib.
Xalq artisti 15 gün idi xəstəxanada müalicə alırdı. Oktyabrın 14-də onun vəziyyəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub.
Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərib, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Z.Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Qeyd edək ki, Z.Rzayevin vəfatı ilə bağlı ilk xəbəri Manset.az saytı yayıb.
