YAP Bərdə rayon təşkilatı tərəfindən "Ulu öndər Heydər Əliyev ideyaları yaşayır və əbədi qalibiyyət yazır!" devizi altinda YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

YAP Bərdə rayon təşkilatı tərəfindən "Ulu öndər Heydər Əliyev ideyaları yaşayır və əbədi qalibiyyət yazır!" devizi altinda YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

YAP Bərdə rayon təşkilatı tərəfindən "Ulu öndər Heydər Əliyev ideyaları yaşayır və əbədi qalibiyyət yazır!" devizi altinda müxtəlif ərazi partiya təskilatlarından YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

Təqdimatda təşkilatın sədr müavini Elməddin Əsgərxanov, Aparatın məsləhətçisi Ceyhun Zakirov, YAP fəalları Zərifə Məmmədova, Məsurə Məmmədova, Vüsal Hüseynov iştirak ediblər. Onlar yeni üzvləri təbrik edərək bildiriblər ki, Azərbaycan müstəqillik dövrünün ən qüdrətli dövrünü yaşayır. Bu inkişafin əsasında Ulu öndər Heydər Əliyevin parlaq ideyaları dayanır. Xalqımız Qalib xalqın Qalıb Lideri cənab İlham Əliyevin uğurlu siyasəti ilə Cənubi Qafqazda siyasi arenanın bayraqdarı olan Yeni Azərbaycan Partiyasının sıralarında olmağı özünün şərəf və qürur işi hesab edir. Buna görə də YAP Bərdə rayon təşkilatından da Yeni Azərbaycan Partiyasına üzv olanların sayı daim artaraq yenilənir. Burada rayon ziyalılarının say çoxluğu diqqət çəkir.

Sonra YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilib.

Yeni üzvləri bir daha ürəkdən təbrik edir və həyatda və siyasi fəaliyyətlərində uğurlar arzulayırıq!