Ağdərədə mikroavtobus dərəyə aşdı - Çox sayda yaralı var
Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.
Publika.az xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır. (“Report”)
