8 yaşlı uşaq faciəvi şəkildə öldü
Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisənin qurbanı olub.
"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alar kəndində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü Muradov Nizami Bəfadin oğlu həyətlərində olarkən qəfil aşan daş hasarın altında qalıb.
Ağır xəsarət alan azyaşlı rayon xəstəxasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.