“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

"Qarabağ" komandasının Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.

Bu barədə Ağdam təmsilçisindən məlumat verilib.

Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

"Köhlən-atlar" iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG "Tirol" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq "Qarabağ" hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın "Xarkov" komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. (Report)