İran Küveytin hava limanını alovlara qərq etdi
İran yenidən Küveyt Hava Limanına dronlarla hücum edib.
Musavat.com xəbər verir ki, məlumatı Küveyt Mülki Aviasiya İdarəsi yayıb.
Bildirilir ki, hücum nəticəsində yanacaq çənləri zədələnməklə böyük yanğına səbəb olub.
KUNA xəbər agentliyinin yaydığı açıqlamaya görə, "İran və onu dəstəkləyən silahlı qüvvələr Küveyt Hava Limanına dronlarla hücum edərək aviasiya yanacaq çənlərini hədəf aldılar. Zərbə böyük yanğına səbəb oldu və xilasedicilər onun qarşısını almaq üçün bütün səylərini göstərirlər".
Qurum əlavə edib ki, ilkin məlumatlara görə, hadisədə itki olmayıb.
