İrana son zərbələrin hədəfləri açıqlanıb

İranın Fars körfəzindəki Bəndər Abbas liman şəhəri və Qeşm adası ABŞ-İsrail qüvvələrinin ağır hava hücumlarının hədəfi olub.

Musavat.com xəbər verir ki, məlumatı “Al Hadath” telekanalı yayıb. Kanalın məlumatına görə, intensiv hava hücumları Bəndər Abbas və Qeşm adasını hədəf alıb.

İran dövlət televiziyasının məlumatına görə isə Mehrabad Beynəlxalq Hava Limanı və İran Milli Bankının bir filialı Tehranda bombardman hücumunun hədəfi olub.

Tələfat və ziyan barədə detallar açıqlanmayıb.