Oman ABŞ-nin nüvə sazişi təklifinin təfərrüatlarını İrana təqdim edir


İran yeni nüvə sazişinə dair razılaşmanın ABŞ variantını Omanın xarici işlər naziri Bədr əl-Busaidi vasitəsilə alıb.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında məlumat verib.

"Əziz qardaşım, Omanın xarici işlər naziri Bədr Əl Busaidi ABŞ-nin təkliflərini təqdim etmək üçün bu gün Tehrana qısamüddətli səfər etdi", - o yazıb.

Əraqçi layihənin təfərrüatlarını açıqlamasa da, rəsmi Tehranın milli maraqlardan çıxış edərək lazımi cavab verəcəyini vəd edib.**report.az