Ərdoğan: Ankara və İrəvan münasibətləri tədricən normallaşır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla münasibətlərin tədricən normallaşdığını bəyan edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Biz Ermənistanla münasibətlərin tədricən normallaşması prosesindən keçirik. Sülhə nail olduqda görəcəyik ki, ölkələrimiz bundan yalnız fayda əldə edir", - Türkiyə Prezidenti vurğulayıb.