ABŞ kəşfiyyatı İranın danışıqlara hazır olmadığı qənaətinə gəlib

ABŞ-ın əsas kəşfiyyat agentlikləri bu yaxınlarda İran hökumətinin hərbi münaqişəyə son qoymaq üçün Vaşinqtonla danışıqlara hazır olmadığı qənaətinə gəlib.

Musavat.com xəbər verir ki, barədə "The New York Times" (NYT) qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Tehran münaqişədə güclü mövqedə olduğuna və ABŞ-ın diplomatik tələblərini yerinə yetirməyə borclu olmadığına əmindir.

Qəzet həmçinin qeyd edib ki, İran hökuməti Amerika tərəfinə etibar etmir və ABŞ prezidenti Donald Trampın danışıqlara ciddi yanaşdığına inanmır.

Buna baxmayaraq, İran açıq rabitə kanallarını saxlamağa hazırdır, deyə NYT vurğulayıb.