Ünal Üstel Azərbaycana gəlib
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.
