Minifutbol Federasiyasına iki milyon manat ayrıldı
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Musavat.com-un məlumatına görə, sənədə əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.