Başsağlığı

Bərdə və Tərtər rayonlarında uzun illər məsul rəhbər vəzifələrdə çalışmış, öz fəaliyyəti ilə insanların hörmətini qazanmış Elman Allahverdiyevin vəfatı xəbəri məni dərin kədərə qərq etdi. Mərhum Elman Allahverdiyev həyatını dövlətə və xalqa xidmətə həsr etmiş, rəhbər kimi daim ədaləti, qayğıkeşliyi və məsuliyyəti ilə seçilmişdir. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara səbir diləyirəm.

Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Hörmətlə,
Bərdə rayon köhnə bazarın müdiri
Zülfü Tağıyev