Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev avqustun 7-də, saat 10:00-da Laçın rayon prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Laçın rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
