Bakıda ilk UFC qalibi Muhammed Usman oldu
Bakıda “UFC Fight Night” turniri keçirilir.
Bakı Kristal Zalında təşkil olunan yarışa start verilib.
Mübarizə ağır çəkidə başlayıb. Misir təmsilçisi Hamdi Abdel Vahab nigeriyalı Muhammad Usmanla qarşılaşıb.
3 raundun sonunda qalib müəyyənləşməyib. Hakimlərin səsverməsi nəticəsində Muhammed Usman qələbə qazanıb.
Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək.//APA