Şabranda DƏHŞƏT: avtomobil ağaca çırpıldı - İKİ QARDAŞ ÖLDÜ
Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər.
Hadisə ilə bağlı araşdırma aparılır./Report