Bu gün Bərdə rayon Polis Şöbəsinin rəisi, polkovnik Ənvər Həsənovun doğum günüdür.
Ənvər Həsənov 07.06.2022-ci il tarixində Bərdə rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin olunub. Vəzifəyə başladığı ilk gündən etibarən rayon ərazisində ictimai asayişin qorunması, qanunçuluğun təmin edilməsi və vətəndaşların təhlükəsizliyinin gücləndirilməsi istiqamətində prinsipial və məqsədyönlü fəaliyyət göstərib.
Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Bərdədə sabitliyin qorunması və hüquq-mühafizə sahəsində mühüm nailiyyətlər əldə olunub.
Səhifəmiz adından hörmətli Ənvər müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, şərəfli xidmətində və şəxsi həyatında davamlı uğurlar arzulayırıq.







