Prezidentin ailə üzvləri də gecəki döyüşləri izləyib - FOTOLAR

İyunun 21-də Bakı Kristal Zalında Azərbaycanda ilk dəfə UFC turniri keçirilib.

Yarışda ümumilikdə 24 idmançı qüvvəsini sınayıb. Müxtəlif çəkili idmançılar ilkin və əsas döyüşlərdə mübarizə aparıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə 12 nəfər qalib olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və ailə üzvləri də turniri izləyiblər. (Axşam.az)