Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir
2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının(TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün əhəmiyyətindən danışdı. O, İlham Əliyevə öz minnətdarlığını bildirdi.O,söylədi ki,ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki,bu baş verirdi.Biz əmin edirik ki, gələcəkdə bunun qarşılığını verə bilərik. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Prezident İlham Əliyev Baş nazir Viktor Orbana öz tşəkkürünü bildirdi.
Bu mənim Macarıstana 6-cı səfərimdir. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi görüşü keçirilmişdir. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Türk dövlətləri ilə nəqliyyat infrastrukturuna-avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir.Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir.Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq.Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi.Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bundan başqa, 10 il ərzində əldə edilməsi mümkün olmayan karbon bazarlarının təmizlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.
Nəticə etibarı ilə, Azərbaycan Xəzər dənizi üzərindən türk dövlətlərini Avropa və Asiya ilə birləşdirən strateji nəqliyyat qovşağına çevrilməkdədir. Bu yalnız iqtisadi deyil, eyni zamanda siyasi və mədəni inteqrasiyanın da dərinləşməsinə xidmət edir. Türk dünyasının birliyi yolunda atılan bu addımlar Azərbaycanın liderlik rolunu daha da gücləndirir.
Beləliklə, Azərbaycanın liderlik rolu, yalnız öz iqtisadiyyatını gücləndirmək ilə kifayətlənməyib, eyni zamanda, Türk dünyası arasında dayanışma və birliyin möhkəmlənməsini təmin edir. Bu yolla, Azərbaycanın geosiyasi əhəmiyyəti daha da artaraq, regional və beynəlxalq səviyyədə müsbət təsir yaratmağa davam edəcək.
Əlövsət Məmmədov , YAP Bərdə rayon təşkilatı məsləhətçi