Plastik cərrahiyyə məsələsi tam həllini tapdı - RƏSMİ

Plastik cərrahiyyə məsələsi tam həllini tapıb. Bu məsələyə bir də qayıtmaq istəmirəm.

Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. 42 plastik cərrah müəyyən edilib, onların siyahısı dərc edilib. Bu siyahıdan kənarda qalmış digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində plastik cərrahiyyə dair müəyyən əməliyatları icra etmələri üçün onlara icazə verilib. Bu məsələ tam həllini tapıb. Bu məsələ bir də qayıtmaq istəmirəm", - deyə nazir qeyd edib.

O bildirib ki, Topçubaşov Adina Elmi Cərrahiyyə Mərkəzində Plastik və rekonstruktiv cərahiyyə şöbəsi yaradılıb.