Millimizdən möhtəşəm oyun - CANLI
Rəhim Sadıxov 21-ci dəqiqədə hesabı 2:0 edir.
***
Oyunun 2-ci dəqiqəsində Emin Mahmudov penaltidən fərqlənərəq, komandamızı önə keçirir.
***
Matç başladı.
***
Komandaların start heyəti açıqlanıb.
Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.
Baş məşqçi: Ayxan Abbasov.
Sent Lüsiya: 9. Devon Priks, 7. Keqan Kaull, 6. Melvin Doksilli, 5. Daniel Lionel, 19 Antonius Mayers, 4. Batçer, 21. Şakuan Nelson, 10. Şevon Broyn, 13. Bayan Aman, 11. Arkell Cud-Boyd, 9. Donavan Fillips.
Baş məşqçi: Stern Con
***
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.
Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.
FIFA Series – 2026
27 mart 19:00.
Azərbaycan – Sent Lusiya
Baş hakim: Giorgi Kruaşvili
