Arda Güler bu halda "Real"dan ayrılacaq - Özü açıqladı

Arda Güler "Real Madrid" klubunda qalıb-qalmayacağı barədə sualı cavablandırıb.

Türkiyəli yarımmüdafiəçi komandadan ayrılmağı düşünmədiyini bildirib:

"Xeyr. İndi "Real Madrid"dən ayrılmağı düşünmürəm. Amma əlbəttə ki, heç oynamasam hər şeyi düşünürəm. İndilik "Real Madrid"ə fokuslanmışam".

Xatırladaq ki, 2023-cü ilin yayından Madrid klubunun formasını geyinən Ardanın müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Qeyd edək ki, "Kral klubu" bu gün Bakı vaxtı ilə saat 23:00-da klublararası dünya çempionatında qrup mərhələsinin II turu çərçivəsində "Paçuça" komandası ilə üz-üzə gələcək.  (Offsideplus.az)