Millət vəkili Xanlar Fətiyev Bərdədə mülki şəhid ailələrini ziyarət edib

28 oktyabr 2024-cü il tarixdə 98 saylı Bərdə seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Xanlar Fətiyev Yeni Azərbaycan Partiyasının Bərdə rayon Təşkilatının binasında vətəndaşlarla görüşdən sonra "Bərdə terroru"nun baş verdiyi ərazidə təşkil olunmuş anım mərasimində iştirak etmişdir. Həmçinin mərasimdən sonra deputat Bərdə rayonunun Qarayusifli kəndində YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinsiki ilə birlildə şəhidlərə ucaldılmış xatirə kompleksinə əklil qoymuş, şəhid ailələrini ziyarət etmiş, problemləri ilə maraqlanmışdır.