Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 283,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% azalıb.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, neft məhsullarından neft koksunun istehsalı 35,4%, avtomobil benzinin istehsalı 7,3%, qazoylların (dizel yanacağının) istehsalı 6,2% artıb.

Bildirilib ki, cari ilin birinci rübündə ağ neft istehsalı 15,5%, neft bitumu istehsalı 17,3%, mazut istehsalı isə 76,4% azalıb.

Azərbaycanda istehsal olunan neft məhsulları:

Məhsul növləri2026-cı ilin yanvar- mart aylarında istehsal edilmişdirƏvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə01.04.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton360,5107,357,3
Ağ neft, min ton125,884,524,8
Qazoyllar (dizel yanacağı), min ton587,3106,2172,3
Mazut, min ton10,023,60,8
Sürtkü yağları, min ton8,491,31,1
Maye qazlar, min ton46,882,22,6
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

 

168,9

 

98,7

 

61,8

ondan:

neft bitumu, min ton

33,482,720,2
neft koksu, min ton61,9135,441,1