“Azərişıq” rəsmisindən süni intellektlə bağlı MÜHÜM AÇIQLAMA

“Azərişıq” ASC süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparır.

Musavat.com-un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

A.Məmmədzadə diqqətə çatdırıb ki, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparılır:

“Biz artıq rəqəmsallaşma, innovativ texnologiyaların tətbiqi istiqamətində müəyyən mənada süni intellekt komponentlərindən istifadə edirik. Amma bu, hələ ki, tədqiqat səviyyəsindədir. Bu, konkret layihə səviyyəsində çatdıqda bu barədə ictimaiyyətə məlumat veriləcək”.