Qəhvə qiymətlərinin artmasına səbəb nədir? - Möhtəkirlik, yoxsa...

2024-cü ildə və bu ilin əvvəlində müşahidə olunan qəhvə qiymətlərinin artımı davam edəcək, lakin bu “köpük” sonda partlayacaq.

Publika.az xəbər verir ki, bu barədə “Macondo Coffee” şirkətinin nümayəndəsi Sebastian Zuluaqa "RİA Novosti" ilə söhbətində bildirib.

Qeyd edilir ki, bu ilin fevral ayında "Arabica" qəhvəsinin birja qiyməti yeni tarixi maksimuma qalxaraq bir ton üçün 9500 dollar həddini keçib. Lakin aprelin əvvəlindən bu çeşidin qiyməti artıq təxminən 8,5% ucuzlaşıb. Üstəlik, ötən ilin yanvar ayından "Arabica" 1,8 dəfə bahalaşıb.

“Çox güman ki, qiymət artımı davam edəcək, lakin elə bir vaxt gələcək ki, hər şeydə olduğu kimi qabarcıq partlayacaq”, - deyə Moskvada keçirilən “Coffee Tea Cacao” sərgisində iştirak edən mənbə bildirib.

O, qəhvə qiymətlərinin aşağı düşə biləcəyi səbəbləri müzakirə edərək, istehlakçı tələbatının digər içkilərin xeyrinə mümkün azalmasına işarə edib. Onu da qeyd edib ki, sənayedə bir çoxları qəhvə qiymətlərinin qalxmasını bazardakı möhtəkirlərin hərəkətləri ilə əlaqələndirirlər.

“Ümumilikdə qəhvə haqqında danışsaq, qiymət stabilləşə bilər, lakin hər bir fərdi növün birjada öz dəyəri olacaq”, - o əlavə edib.

Bundan əlavə, ekspert qeyd edib ki, kofenin qiymətinin qalxması Kolumbiyadan Rusiyaya daha geniş yayılmış və sərfəli qəhvə növlərinin keçməsinə şərait yaradır.

"Qəhvəyə tələbat əhəmiyyətlidir, lakin problem büdcədədir. Hamının bildiyi kimi, son vaxtlar qəhvənin qiyməti o qədər artıb ki, qəhvəxanalara "xüsusi kofe" almaq sərfəli deyil", - Zuluaqa deyib.

O qeyd edib ki, “Macondo Coffee” daha sərfəli qiymətə qəhvə növləri təklif etmək üçün bazar vəziyyətinə uyğunlaşır.