Azərbaycan XİN: “Sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı”

  • A
  •  
  •  
  • Bu gün “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı.

    Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” -də təyyarə qəzası ilə bağlı paylaşımında bildirilib.

    “Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik”,- deyə qeyd edilib.