YAP Bərdə rayon təşkilatı "Konstitusiya və Suverenlik İli" çərçivəsində qazi Ağayev Ramiz Etimad oğlu ilə görüş keçirib.

YAP Bərdə rayon təşkilatı "Konstitusiya və Suverenlik İli" çərçivəsində suverenliyimiz uğrunda antiterror tədbirləri zamanı yaralanmış, üçüncü qrup əlil, "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuş qazi Ağayev Ramiz Etimad oğlu ilə görüş keçirib.

Görüş Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Görüşdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında xalq iqtidar və rəşadətli Ordumuzun dəmir yumruq kimi birliyi nəticəsində qazanılan Zəfərdən, tarixi ədalətin bərpası uğrunda igid oğullarımızın şücaətindən danışıb. Bildirib ki, Vətənimizin yağı düşməndən azad olunması üçün igid döyüşçülərimizin qəhrəmanlıqları heç zaman unudulmayacaq. Və antiterror tədbirləri zamanı yaralanmış cəsur igidlərimizdən biri olan Ağayev Ramizlə keçirilən bu görüş şərəf tariximizə, şəhidlərimizin müqəddəs ruhuna və igid qazilərimizə olan ehtiramımızın bir ifadəsidir.

Görüşdə qazi Ramiz Ağayev özünün və əsgər yoldaşlarının döyüş yolundan danışıb, ilk gündən qələbəyə olan inamın böyük olduğunu xüsusi diqqətə çatdırıb, igid yoldaşları ilə olan birgə xatirələrini bölüşüb.

Görüşdə çıxış edən ailənin tək övladı olmuş, igid şəhid Elməddin Hüseynzadənin anası, oğlu şəhid olandan sonra YAP-a üzv olmuş Arzu Hüseynzadə çıxış edərək bildirib ki, qazilərimiz ön cəbhədə həm bizim şəhid oğulların itkisini öz gözləri ilə görüb onun ağırlığını yaşayıblar, həm də eyni zamanda döyüşüblər, düşmənə qalib gəliblər. Buna görə onların hər birini öz övladımız bilirik.

Görüşdə YAP fəalları - rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, rayon İcra Hakimiyyəti başçısı yanında Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın sədri Səfurə Hümbətova çıxışlarında Müzəffər Liderimiz cənab İlham Əliyevin fikirlərini nümunə gətirərək Zəfəri və suverenliyimizi bu amal uğrunda canlarından keçmiş şəhidlərimizə, sağlamlıqlarını itirmiş Ağayev Ramiz kimi igid qazilərimizə borclu olduqlarını bildiriblər.

Görüşdə qazi Ağayev Ramizin atası Etimad Ağayev bütün şəhid ailələri və qazilər adından göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.

Sonda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya şəhid anası Arzu Hüseynzadəyə və qazi Ramiz Ağayevə xatirə hədiyyələri təqdim edib.