Sabirabadda avtomobilin vurduğu 11 yaşlı oğlan xəstəxanada ölüb
Sabirabadda avtomobilin vurduğu 11 yaşlı oğlan xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb.
"Mercedes" markalı avtomobil rayonun Qırağlı kənd sakini, 2012-ci il təvəllüdlü Qasımlı Rəvan Pərviz oğlunu vurub. Ağır xəsarətlər alan azyaşlı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılılır.