TƏCİLİ! Paşinyan yenidən Ermənistanın baş naziri təyin edildi
Ermənistan prezidenti Vaaqn Xaçaturyan "Vətəndaş müqaviləsi" Partiyasının lideri Nikol Paşinyanı ölkənin baş naziri təyin edib.
Müvafiq fərman Ermənistanın dövlət başçısının rəsmi saytında dərc olunub.
"Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri təyin edilsin", - deyə fərmanda bildirilir.
