KİV: Voronejdə Rusiya SQ ilə “Vaqner” arasında toqquşma olub

Rusiyanın Voronej vilayətində Silahlı Qüvvələri ilə “Vaqner” qüvvələri arasında toqquşma olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Voronej vilayətinin qubernatoru Rusiya Silahlı Qüvvələrinin lazımi operativ-döyüş tədbirləri keçirdiyini açıqlayıb.