Hizbullah İsrailin hücumlarına cavab verdi- ANBAAN VİDEO
Hizbullah İsrailin hücumlarına cavab verib.
Musavat.com Azad İran-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Livan Hizbullahı 8 əməliyyat keçirərək İsrailin mövqelərinə hava_zərbələri endirib.
Məlumata görə, bu hücumlar ötən gecə İsrailin Livanın cənubunda Sur şəhərinə atdığı raketlərə cavab olaraq həyata keçirilib.
Qeyd olunub ki, Hizbullah hava hücumlarında “Katyuşa” raketlərindən istifadə edib.