Rusiyada neft emalı zavoduna bu həftə ikinci dəfə dron hücumu olub

Rusiyanın Krasnodar diyarındakı İlski neft emalı zavodunun ərazisində bu həftə ikinci dəfə pilotsuz uçuş aparatının hücumu nəticəsində yanğın baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindən bildirilib.

"Dron İlski neft emalı zavodunun ərazisinə hücum edib, nəticədə 60 kvadratmetr sahədə yanğın baş verib. Hazırda açıq yanma aradan qaldırılıb", - deyə məlumatda qeyd olunub.

Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən yanğının söndürüldüyü və fövqəladə hadisə nəticəsində insan tələfatının olmadığı bildirilib.