Putin Qələbəyə görə HƏRƏKƏTƏ KEÇDİ - 1 milyon ayırdı...

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə Cənubi Osetiyanın hər kəndinə və hər məktəbinə öz ehtiyat fondundan 1 milyon rubl ayırıb.

Musavat.com-un xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko məlumat verib.

Kiriyenko aprelin 19-da işgüzar səfərlə Cənubi Osetiyaya gedib. Bu gün isə orada belə bir açıqlama verib:

“Bu gün müqəddəs Pasxa bayramıdır, amma qarşıda başqa bir mühüm bayram – Böyük Qələbənin 80 illiyi gəlir. Bu münasibətlə Rusiya prezidenti daha bir vacib qərar qəbul edib. O, öz ehtiyat fondundan Cənubi Osetiya Respublikasının hər kəndinə və hər məktəbinə 1 milyon rubl ayırıb. Bu vəsait memorialların, xatirə lövhələrinin, muzeylərin yubileyə uyğun vəziyyətə gətirilməsi üçün nəzərdə tutulub. Bu, xüsusilə Cənubi Osetiyada mühüm əhəmiyyət daşıyır. Çünki Cənubi Osetiya xalqı Böyük Vətən müharibəsi illərində misilsiz qəhrəmanlıq, əsl cəsarət və vətənə sədaqət nümunələri göstərib”.

Qeyd edək ki, Böyük Vətən müharibəsi dövründə Cənubi Osetiyadan cəbhəyə 23 736 nəfər göndərilib, onların 11,7 mini həlak olub, 7 mindən çoxu isə itkin düşüb.