YAP Bərdə rayon təşkilatı "Ulu öndər Heydər Əliyevin aydın ideyaları ölkəmizin əbədi tərəqqi günəşidir!" şüarı altında rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edib.

YAP Bərdə rayon təşkilatı "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Ulu öndər Heydər Əliyevin aydın ideyaları ölkəmizin əbədi tərəqqi günəşidir!" şüarı altında rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edib.

Öncə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsinə əziz ehtiramlarını bildiriblər.

YAP Bərdə rayon təşkilatı sədrinin səlahiyyətlərini müvəqqəti icra edən, sədr müavini Elməddin Əsgərxanov Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 57-cı ildönümünün böyük fəxarət və qürur hissi ilə qeyd edildiyini önə çəkərək bildirib ki, Azərbaycanda böyük tərəqqi və inkişaf yolu məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb. Bütün varlığı ilə xalqımıza və dövlətimizə bağlı olan Heydər Əliyevin nurlu ideyaları bugünkü qüdrətli Azərbaycanı daha parlaq gələcəyə aparır. Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalq qarşısında xidmətləri unudulmazdır. Ulu öndərin parlaq və aydın ideyaları Azərbaycanın bugünkü Qələbələrin, Zəfərlərin sarsılmaz təməli və əbədi tərəqqi günəşidir.

Rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Türkan Şadlinskaya Mərkəzdəki şəkil və eksponatlar üzərindən Ulu öndərin həyatı, fəaliyyəti, xalqımızı və dövlətimizi xilaskarlıq missiyası və tərəqqisi üçün xidmətləri ilə bağlı ətraflı məlumat verdi.

İştirakçılar rayon Heydər Əliyev Mərkəzində xatirə şəkilləri çəkdiriblər.