Rusiya Müdafiə Nazirliyindən SON DƏQİQƏ məlumatı - 28 PUA...
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə səmasında bir gecədə 28 PUA vurub.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Volqoqrad vilayətində 13, Rostovda 7, Belqorodda 4, Voronejdə 2, Bryansk və Kursk vilayətləri üzərində isə 2 PUA vurulub.
PUA-nın bölgədəki hərbi obyektə hücumundan sonra, Volqoqrad hava limanında uçuş müvəqqəti dayandırıb.
KİV-in Federal Hava Nəqliyyatı Agentliyinə istinadən verdiyi məlumata görə, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
Yerli sakinlər daha əvvəl hücumdan sonra "Marinovka" hərbi aerodromunda yanğın və partlayış barədə məlumat vermişdilər.
Hərbi şəhərciyin sakinləri təxliyə edilib.
Açıq mənbələrə görə, aerodromda 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Komandanlığının 2-ci ayrı-ayrı kəşfiyyat aviasiya eskadrilyasının "Su-24MR" ön xətt kəşfiyyat təyyarələri yerləşdirilib.