Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər mövcudur.
Azərbaycan və Almaniya arasında diplomatik münasibətlər qurulmuşdur. Tarix boyu iki ölkə arasında siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir. Almaniya Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi Azərbaycan üçün mühüm tərəfdaşdır və iki ölkə arasındakı əlaqələr strateji əhəmiyyət daşıyır. Azərbaycan və Almaniya arasında siyasi əlaqələr dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və bu gün də iki dövlət arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Azərbaycan Prezidenti və digər yüksək vəzifəli rəsmilər Almaniyaya rəsmi səfərlər edib.
Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qarabağ münaqişəsinin sülh yolu ilə həllini təşviq edən beynəlxalq təşəbbüslərdə iştirak edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyən Avropa İttifaqının vasitəçilik səylərinə qoşulub. İqtisadi əlaqələr Azərbaycan-Almaniya münasibətlərinin əsas sütunlarından biridir. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.İki ölkə arasında ticarət dövriyyəsi hər il artır, xüsusilə enerji sektoru, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq genişlənir. Almaniya Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına dəstək verir və bu sahədə birgə layihələr həyata keçirilir. Azərbaycan və Almaniya arasında mədəniyyət və təhsil sahəsində sıx əməkdaşlıq mövcuddur. Almaniyada azərbaycanlı tələbələr üçün müxtəlif təqaüd proqramları mövcuddur, bir çox azərbaycanlı gənc Almaniyada ali təhsil alır. Bakıda fəaliyyət göstərən Alman-Azərbaycan Universiteti bu əməkdaşlığın bariz nümunəsidir.Berlin Humbolt Universitetində “Azərbaycan tarixi ” kafedrası fəaliyyət göstərir.
Mədəni əlaqələr çərçivəsində iki ölkə arasında birgə festivallar, sərgilər təşkil olunur. Almaniya Azərbaycan mədəniyyətinin Avropada tanıdılmasına dəstək verir, eyni zamanda Bakıda Almaniya mədəniyyətini təbliğ edən müxtəlif tədbirlər keçirilir. Azərbaycan və Almaniya arasındakı ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir və strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir. İki ölkə arasında siyasi , iqtisadi əməkdaşlıq və mədəni əlaqələr gələcəkdə daha da güclənə bilər. Azərbaycanın Almaniya ilə texnologiya sahəində əməkdaşlığı genişləndirməsi hər iki tərəf üçün faydalı perspektivlər vəd edir.İkitərəfli əməkdaşlığın genişlənməsi hər iki ölkənin maraqlarına xidmət edəcək və Azərbaycanla Almaniya arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəkdir.
Həmidov Teymur , YAP Bərdə rayon təşkilatı fəalı,
Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru