YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birlikdə Şuşa, Xocalı və Xankəndidə səfərdə olublar

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və  oğulları şəhid olduqdan sonra YAP üzvü olan şəhid valideynləri, Aparatın əməkdaşları, partiya fəalları  birlikdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Şuşa, Xankəndi və Xocalıda səfərdə olublar.

Berde.tv xəbər verir ki,  Şuşa şəhərini gəzərkən Gövhər ağa məscidi, Vaqifin məqbərəsi, Şuşa şəhidləri məzarlığı, Natəvan bulağı, Şuşa şəhər Baş meydanında,   Xankəndidə mərkəzi park, Qarabağ Universitetində, Xocalıda  parkda olmuş, işğaldan azad olunan Qarabağın yenidən tikilən və qurulan hər guşəsini qarış-qarış gəzərək bir daha Müzəffər Lider cənab İlham Əliyev başda olmaqla Azərbaycan oğullarının, xalq, iqtidar, ordu birliyinin gücünün böyüklüyünə heyran olduqlarını ifadə etmişlər. 

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Xankəndidə çıxış edərkən bu müqəddəs torpaqları azad edən ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevə, onun  rəhbərliyi altında qəhrəmancasına döyüşmüş igid Vətən oğullarına,  bütün şəhidlərimizə, qazilərimizə, daim xalq, iqtidar birliyi nümayiş etdirərək Zəfərlər qazanmış müdrik Azərbaycan xalqına minnətdar olduqlarını xüsusi bildirib.

Tədbirdə çıxış edən YAP fəalları Tofiqə Məmmədova, şəhid valideynləri Arzu Hüseynzadə, Mehparə Qəribova, Niyazi Həsənov, Radə Qurbanova, İsbət Hətəmova və başqaları çıxış edərək bundan sonra da ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin uğurlu siyasəti ətrafında sədaqətlə sıx birləşəcəklərini bildiriblər.

Şuşanın Cıdır düzündə, Xankəndidə və Xocalıda  Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin üzvləri Reyhan Rəcəbova və Məhəmməd Mustafalının ifa etdikləri "Xudayar" təsnifi, "Qarabağ şikəstəsi", "Şuşanın dağları" və başqa vətənpərvərlik mahnıları səfərə xüsusu rəng qatıb.