İctimai fəal Vaqif Məhəmməd oğlu yazır: Göyçə Azərbaycanın ayrılmaz bir hissəsidir.

Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.
Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min km². olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican rayonu ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir.
"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı Azərbaycanın ən qədim tarixə malik ərazilərindən biri ol¬maqla tarixən Azər-baycan xalqının təşəkkül tapdığı vahid areala daxildir. Orta əsrlər dövründə Göyçə mahalı türk mənşəli Sacilərin, sonra Salari və Rəv¬vadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülakilar, nəhayət XV əsrdə Qa¬raqoyunlu və Ağqoyunlu dövlətləri, sonralar isə Səfəvi dövlətinin tər¬ki¬bin-də olub. Səfəvilər dövründən Göyçə haqqında geniş məlumatlar əldə olunub. Belə ki, Şah İsmayıl Xətainin bir səfəri zamanı Göyçədən keçməsi tarixi həqiqətdir. Göyçə mahalının kəndləri haqqında isə biz əsas məlumatları   türk mənbələrindən götürürük. Çünki məlum olduğu kimi Göyçə mahalı 2 dəfə Osmanlıların nəzarəti altında olub. 1590 və 1724-cü illərdə Göyçə mahalı XIX-XX əsrlərdə  Basarkeçər, Çəmbərək, Aşağıqaranlıq, Kəvər kimi bölgələri əhatə edirdi. Bu mahalın Çəmbərək deyilən hissəsində, Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Cil, Şorca kimi məşhur və böyük kəndləri var idi.
1948-ci il isə növbəti faciələrin başlanğıcı olmuşdu. “Köçürülmə” planı yeni genosid dalğalarının əsasında dayanırdı. Lakin Ermənistandakı azərbaycanlılar yaşayan bütün rayonlardan fərqli olaraq deportasiya Basarkeçər rayonundan bir qədər yumşaq ötdü. Onun da bir səbəbi var idi. O vaxtlar Basarkeçər rayon partiya komitəsinin birinci katibi Talıb Musayevin gördüyü tədbirlər nəticəsində, Ermənistan hökuməti bu rayondan azərbaycanlıları deportasiya edə bilmədi. Ermənistan Kommunist Patiyasının Mərkəzi Komitəsinin büro iclasında köçürülmə ilə əlaqədar məsələlə müzakirə olunanda Talıb Musayev köçürülmənin yanlış olduğunu hər cəhdlə sübut etməyə çalışırdı. O, iclasdakı çıxışında Ermənistanda 100-dən çox boş kəndin olmasını diqqətə çatdıraraq bildirib ki, təkcə Vedi və Qarabağlar rayonlarında 25 boş kənd var. Talıb Musayev “köçürülmə” siyasətinə qarşı çıxdığına görə hətta ermənilər o vaxtkı Azərbaycan KP MK birinci katibi M.C.Bağırova ondan şikayət etmişdilər. Bağırov Talıb Musayevi Bakıya görüşə dəvət edib, onu çox sərt qarşılayıbmış. Talıb Musayev ermənilərin köçürmə planı arxasında duran niyyətini izah etdikdən sonra Bağırovun münasibəti dəyişir və ondan nə istədiyini soruşur. Musayev bildirir ki, Xanlar rayonu ərazisində boş evlər var, o evləri verin, 1 kəndin əhalisini tez ora köçürüm. Sonra isə Bağırova deyib ki, Qaraqoyunlu kəndi var. Onların 8000 baş qoyunu, 1000 baş malı, 150 baş atı var. Mən onları ermənilərə necə verim? Bu danışıqlardan sonra Zod camaatının bir hissəsi, təxminən 100 ailə Xanlar şəhərinə gəlib boş evlərdə məskunlaşır. 1948-ci ildə isə köçürməni tezləşdirmək məqsədilə Qarabağlar rayonu ləğv olunub Vediyə birləşdirilir və Vediyə milliyətcə erməni olan rəhbərlər təyin edilir. Elə həmin ildə də məhsul yığımı başa çatdıqdan sonra Vedi, Zəngibasar, Qəmərli, Axta, Yeni Bəyazid və digər rayonlardan camaat zor-xoş köçürülməyə başladı. Qocalar, uşaqlar dəmiryol stansiyalarına töküldü. Köçənləri də heç yaxşı qarşılamadılar. Həftələrlə küçədə, yollarda qalan azərbaycanlılar dost-tanış, qohum-əqrəbalarının evlərində müvəqqəti məskunlaşdılar. Çəx əziyyət, aclıq çəkdilər. Bir çox xəstəliklər yayıldı. Bir sözlə, öz xoşu ilə köçməyənlər zorla köçürüldü. 1948-ci ilin sonunda Talıb Musayevi oxumaq adı ilə Moskvaya 1 illik marksizm-leninizm kursuna göndərdilər ki, kəndləri rahat boşaltsınlar və milliyyətcə erməni Ağayan Basarkeçər rayonuna 1-ci katib qoyuldu. O katib olan kimi Yarpızlı, Qızılvəng, Qanlı, Kərkibaş kəndlərinin camaatı zorla Azərbaycana köçürüldü. Onu da deyim ki, Basarkeçər rayonu o dövrdə Ermənistan SSR iqtisadiyyatında mühüm yer tutan aqrar rayonlardan biri idi. Kənd təsərrüfatı üzrə göstəricilər hamısı Basarkeçər rayonu üzərində formalaşırdı. Həmin il nəzərdə tutulan dövlət planlarının heç biri yerinə yetirilmədi. Elə vəziyyət yaranmışdı ki, qışda mal-qaraya baxmağa adam tapılmırdı. Və nəhayət Ermənistan rəhbərliyi 1949-cu ilin sonunda Talıb Musayevi yenidən birinci katib təyin etmək məcburiyyətində qaldı. Rayona qayıdan kimi T. Musayev zorla köçürülənləri geri qaytarmağa başladı. Az bir vaxtda nizam-intizam bərpa olundu, məhsuldarlıq artdı. 1951-ci ilin payızında “köçürülmə” planına əsasən Basarkeçər rayonundan azərbaycanlıların köçürülməsi nəzərdə tutulmuşdu. Oktyabr ayında məsul şəxslərdən ibarət komissiya 150 yük maşını ilə rayona gəlib 600 ailənin Şişqaya, Qaraiman, Nərimanlı və Qaraqoyun kəndlərindən köçürülmələrini təklif etdi. Talıb Musayev komissiya üzvlərinə bildirdi ki, Stalinin qərarına əasən köçürülmə könüllüdür. Bir müddət sonra qərara alındı ki, köçürülmə nəzərdə tutlan kəndlərdə yığıncaqlar keçirilsin və köçmək istəyənlər könüllü köçürülsün. Və gecə ilə raykomun şöbə müdirləri kəndlərə yola düşərək kənd ağsaqqalları ilə görüşdülər və bildirdilər ki, qorxmaq lazım deyil, əgər camaat kütləvi şəkildə köçürülmədən imtina etsə, onların əleyhinə heç bir qərar verə bilməzlər. Nəticədə komissiya üzvləri nə qədər hədə-qorxu gəlsələr də bir faydası olmadı.
Sonuncu mərhələ 1988-1989-cu il¬lər¬i əhatə edir. 1988-ci il iyunun 15-də Göyçə mahalında yaşayan azərbaycanlıların etirazları başladı. Krasnoselo ra¬yo¬nu¬nun Şorca və Gölkənd kəndlərində 10 min azərbaycanlının iştirakı ilə mitinq keçirildi. Sə¬hə¬ri¬si gün isə Basarkeçər rayonunun Şişqaya və Nərimanlı kəndlərində. Ümumilikdə bu mitinqlərdə 20 mindən çox adam iştirak etmişdi. 1988-ci il noyabrın 22-də Ermənistanda bütün rəh¬bər¬lə¬riə tapşırıq verildi ki, noyabrın 28-dək respublikanın azərbaycanlılardan təmizlənməsi tə¬min olunmalıdır. Şübhəsiz ki, Göyçə mahalı və Ağbaba böl¬gəsi də bu qərarın təsir dairəsinə düşdü. Göyçə və Ağ-babadan azərbaycanlıların deportasiyasına rəhbərlik Ermənistan SSR-in ali rəh¬bər¬li¬yinə həvalə edilmişddi. Beləliklə, Göyçə əha¬lisi öz dədə-baba yurdlarından tamamilə qovularaq Azər¬baycan SSR-ə “yola salındı”.
28 noyabr 1988-ci il: Daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar edirlər. Nəqliyyat vasitəsi olmayan imkansız, əliyalın əhalidən 34 nəfər döyülərək, işgəncə verilməklə qətlə yetirilir. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə adlamaq çün Sarınər, Urumbasar gədiklərindən aşmalı olurlar. Qarda-çovğunda borana, şaxtaya düşən qaçqınların 12 nəfəri donvurmadan tələf olur; 29 noyabr 1988-ci il: Daşnak terror qruplarının təzyiq və təcavüzlərinə davam gətirməyən Basarkeçərin Aşağı və Yuxarı Şorca, Qayabaşı, Qoşabulaq, Subatan, Zağalı, Sarı Yaqub, Qaraqoyunlu, Nəriman, Ağkilsə, Zərkənd, İnəkdağı kəndlərinin əhalisi 44 nəfər itki verərək qarlı dağlar aşıb Kəlbəcər rayonu ərazisinə qaçmalı olurlar. Bir çox yaşlı nəslin nümayəndələri, uşaq və qadınlar isə qarlı-çovğunlu havada donvurmadan həyatlarını qeyb edirlər;
1988-ci ildə ermənilər M.Qorbaçov və digər ermənipərəst qüvvələrin dəstəyi ilə Ermənistanda yaşayan 200 mindən çox soydaşımızın son deportasiyasının reallaşmasına nail oldular. Azərbaycanlılar qarlı-çovğunlu günlərdə qədim Oğuz ellərindən, ata-baba yurdlarından zorla qovuldular, başlarına nə müsibətlər gətirilmədi? Ermənilər neçə-neçə dinc insanları amansızlıqla qətlə yetirdilər, hətta körpə uşaqlar borulara doldurulub öldürüldü, kömək olmasın deyə boruların çıxışları qaynaq edildi. Əlbəttə, bu dünyada analoqu olmayan bir cinayət idi. Bu amansız hadisəni 1988-ci ildə Ermənistanda zəlzələ olarkən buraya səfər edən xarici jurnalistlər də olduğu kimi, ürəkağırısı ilə qələmə almışlar.
1988-ci ildə erməni millətçiləri tərəfindən başlanılan milli zəmində qarşıdurma nəticəsində Qərbi Azərbaycan torpaqlarındakı 185 kənddən 230 min nəfər azərbaycanlı qovuldu. 255 nəfər öldürüldü, 1200 nəfər yaralandı, 31 min ev, 165 kolxoz və sovxoz əmlakı talandı. “Qızıl Moskva” isə buna göz yumdu. 1991-ci il avqust ayının 8-də Qərbi Azərbaycanda sonuncu Azərbaycan kəndi olan Nüvədi (Mehri rayonu) rus əsgərlərinin köməyi ilə boşaldıldı.Bu gün azərbaycanlıların Ermənistan ərazisindən deportasiya olunmasından 36 il keçir. 36 bahar, 36 qışdır ki, talelərinə qaçqınlıq yazılmış insanlar Vətən, yurd həsrəti ilə yaşayırlar. Hamının qəlbində bir arzu, istək var: Qürbətdə qalan nisgilli Göyçəm, Vedibasarım, Zəngəzurum, Zəngibasarım, Göyçə gölüm, darıxma, biz sizə dönəcəyik, özü də Koroğlu qılıncıəlimizdə!
Bakıda keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyev demişdir: “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır. Necə ki, bu gün bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İravan xanlığıdır. Zəngəzur, Göyçə mahalıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.
Göyçə mahalına, Qərbi Azərbaycana dönəcəyimizə mütləq inamla  bu haqda  fikirlərimi elə o mahalın Basarkeçər rayonunun Daşkənd kəndindən olan şair Sərraf Şiruyənin övladı, hal-hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayaraq, doğma yurdlarına dönəcəyini gözləyən şair Aqşin Hacızadənin bir şeiri ilə tamamlamaq istəyirəm.

BİZ YENƏ DƏ DÖNƏCƏYİK GÖYÇƏYƏ.

Zülmət itir, yavaş-yavaş doğur dan,
Hazır olun göyçəlilər, bu andan.
Kəlbəcərdən mesaj verdi komandan,
Olub bizim qədim məkan, yurd deyə,
Biz yenə də dönəcəyik Göyçəyə!

Otuz üç il olub həsrət qaldığım,
Bəsdir daha boş xəyala daldığım.
Belə dedi o, qadasın aldığım,
“Qoymarıq biz, qalsın yada, özgəyə,
Biz yenə də dönəcəyik Göyçəyə!”

Alışacaq, sanma keçər odumuz,
Yaddaşdadı Basarkeçər adımız.
Lazım gəlsə basar, keçər ordumuz,
Məhəl qoymaz qarşısında heç nəyə,
Biz yenə də dönəcəyik Göyçəyə!

Yol olacaq hər bir yana Göyçədən,
Enəcəyik Dilicana Göyçədən.
Gedəcəyik İrəvana Göyçədən,
Yaradana şükr eləyə-eləyə,
Biz yenə də dönəcəyik Göyçəyə!

Dərələyəz ortadadır, ordadır.
Qovuşacaq Zəngibasar, Zəngəzur,
Deyə bilməz kimsə bizə “dayan, dur”,
Tam bütövlük gələcəkdir ölkəyə,
Biz yenə də dönəcəyik Göyçəyə!