Ermənistanda Azərbaycana piyada keçidi - FOTO
Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndinin sakini Qohar Vardanyan öz Facebook səhifəsində foto yayımlayıb.
Musavat.com “NEWS.am”a istinadən xəbər verir ki, fotoda yeni salınmış yolda piyada keçidi əks olunub.
Lakin keçidin düz qarşısında hasar olduğundan, qarşı tərəfdə Azərbaycan olduğu üçün keçidin hara apardığı bəlli deyil.
“Kirants. Uşaqların Azərbaycana keçidi. Divarın o biri tərəfində Azərbaycandır”, - deyə kənd sakini fotoya şərh verib.