Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır.

Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ciddi addımlar atır. Xüsusilə, Qarabağ bölgəsinin işğaldan azad edilməsindən sonra həmin ərazilərdə infrastrukturun bərpası və yeni qəsəbələrin salınması geniş miqyasda həyata keçirilir. Məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün yeni yollar, su və elektrik şəbəkələri, məktəblər, xəstəxanalar tikilir. Eyni zamanda, həmin ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir ki, insanlar rahat şəkildə öz yurdlarına dönə bilsinlər. 44 günlük Vətən müharibəsindən keçən 4 il ərzində dövlətimizin gördüyü böyük maştablı tikinti quruculuq işləri bütün dünyada böyük maraq doğurur. Cənab Prezident İlham Əliyevin böyük siyasi görüşü ilə işğaldan azad olunan Qarabağımız elə həmin böyük siyasi görüşün ayrılmaz parçası olaraq da, bərpa edilir. Bir sözlə Qarabağa həyat qayıdır. 

  Qarabağda görülən işlər eyni zamanada dövlətimizin iqtisadi gücünü özündə təcəssüm etdirir. Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin qayıdış prosesinin davamlı və sistemli şəkildə həyata keçirilməsi üçün uzunmüddətli planlar hazırlamışdır. Bu planlar azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı, turizm sektorunun bərpası və müasir sənaye mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Qarabağın gələcəyi üçün qurulan bu strategiyalar həm keçmiş məcburi köçkünlərə, həm də bütövlükdə Azərbaycan xalqına yeni imkanlar açacaqdır. Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin yenidən doğma torpaqlarına qayıtması və orada layiqli həyat şəraitinin təmin edilməsi üçün böyük səylər göstərir. İnfrastruktur layihələri, sosial və iqtisadi proqramlar, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu tədbirlər xalqın birliyini və əzmini əks etdirir. Keçmiş məcburi köçkünlərin qayıtması təkcə onların şəxsi həyatı üçün deyil, Azərbaycanın ümumi milli irsinin qorunması və inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin yenidən doğma torpaqlarına qayıtması və orada layiqli həyat şəraitinin təmin edilməsi üçün böyük səylər göstərir. İnfrastruktur layihələri, sosial və iqtisadi proqramlar, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu tədbirlər xalqın birliyini və əzmini əks etdirir. Keçmiş məcburi köçkünlərin qayıtması təkcə onların şəxsi həyatı üçün deyil, Azərbaycanın ümumi milli irsinin qorunması və inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda mötəbər bir tədbir olan Cop29 tədbirin Azərbaycanda keçirilməsi dünya siyasi elitasında, eyni zamanda ekosferada dövlətimizin gücünün bariz nümunəsidir.  Qarabağda antiterror əməliyyatlarından sonra aparılan quruculuq işləri Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bölgənin yenidənqurulması, sosial-iqtisadi və mədəni inkişafı çoxşaxəli və mərhələli şəkildə həyata keçirilir.

Antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə ən vacib məsələlərdən biri, tamamilə dağılmış infrastrukturun yenidən qurulmasıdır: Qarabağda infrastrukturun yenilənməsi çərçivəsində avtomobil yolları, tunellər və körpülər inşa olunur. Bu layihələr azad olunan rayonların digər bölgələrlə sürətli əlaqəsini təmin etmək üçün həyata keçirilir. Həmçinin, hava limanları inşa olunur – Füzuli və Zəngilan hava limanları bu prosesin nümunəsidir. Laçın və Kəlbəcərdə də yeni yolların və hava nəqliyyatı infrastrukturunun yaradılması planlaşdırılır.

Prezident İlham Əliyevin müdrik siyasəti, Qarabağda aparılan quruculuq işlərinin uğurlu və sürətli icrasının əsas təməlini təşkil edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən geniş miqyaslı layihələr yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində fundamental dəyişikliklərə səbəb oldu. Cənab Prezident İlham Əliyev Qarabağın mədəni irsinə xüsusi diqqət yetirir. Azərbaycanın tarixi mədəniyyətinin qorunması siyasətinin bir hissəsi olaraq, Şuşa şəhəri mədəniyyət paytaxtı elan edilib. Şuşada və digər bölgələrdə məscidlər, kilsələr və digər tarixi abidələr bərpa edilir. Bu, həm də Qarabağın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm addımdır. Cənab Prezident İlham Əliyevin müdrik xarici siyasəti nəticəsində, Qarabağda quruculuq işlərinə beynəlxalq dəstək də cəlb edilir. Bir çox xarici şirkət və investorlar bölgədə həyata keçirilən layihələrə qatılır, bu da bölgənin inkişafına əlavə stimul verir. Cənab Prezidentin beynəlxalq nüfuzu və regional sabitliyə verdiyi töhfə bu layihələrin daha uğurla reallaşmasına şərait yaradır.  Cənab Prezident İlham Əliyev şəxsən quruculuq işlərinə nəzarət edir və vaxtaşırı Qarabağ bölgəsinə səfərlər edərək layihələrin gedişatını yoxlayır. Bu da onun prosesə ciddi yanaşdığını və ölkənin bərpası işlərinə olan diqqətini göstərir. Onun rəhbərliyi ilə həyata keçirilən operativ idarəetmə modeli, işlərin yüksək sürətlə və keyfiyyətlə tamamlanmasına imkan yaradır. 

Cənab Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Qarabağda quruculuq işləri Azərbaycanın tarixi və mədəni irsini qorumaqla yanaşı, bölgənin müasir tələblərə uyğun yenidən formalaşdırılmasına, güclü iqtisadi və sosial bazanın yaradılmasına xidmət edir. Bu siyasət, gələcək nəsillərə sülh və rifah dolu Qarabağın miras qalmasını təmin edəcək.

Elçin Cəfərli, YAP Bərdə rayon təşkilatı fəalı, Məmmədli kənd tam orta məktəbin direktoru