Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.
Bu gün Qubadlıda geniş tikinti-quruculuq işləri görülür. Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Artıq şəhərin ən müasir normalara uyğun baş planı hazırlanıb və təsdiq edilib. Planda Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınıb.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixi qürurla qeyd edir.
25 oktyabr 2021-ci il tarixində Qubadlı rayonuna səfər edən möhtərəm cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdilər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşdülər. Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva 19 oktyabr 2022-ci il tarixində Qubadlı rayonuna növbəti səfərləri çərçivəsində “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış oldular, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyması mərasimində iştirak etdilər. Azərbaycan ictimaiyyəti Cənab İlham Əliyevin Qubadlıya 4 may 2023-cü il tarixli səfərini də diqqətlə izlədi. Ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində yaxından iştirak etdi. Dövlət başçımızın Qubadlıya və digər azad olunmuş bölgələrimizə səfərləri hər birimizi ürəkdən qürurlandırır. Azərbaycan xalqı əmindir ki, uğurlarımız davamlı olacaq.
İşğaldan azad edilən dövrdə bu torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə almaqla hazırlanıb. Əgər Sovetlər dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idisə, inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Görülən işlər vətən həsrəti çəkən insanların öz döqma yurdlarına qayıdışlarını daha da sürətləndirir.
İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
