Bərdədə Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova dəfn edilib
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid əslən Kəlbəcər rayonundan olan Təranə (Əsmayə) Davud qızı Zeynalovaya məxsus olan qalıqlar bu gün Bərdə şəhərində yaşayan ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirildikdən sonra, şəhidin nəşi Bərdə şəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidlərin doğmaları, Bərdə Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


