"Çənəsi yer şumlamaq üçün nəzərdə tutulub" - Azərbaycanlı aparıcı Türkiyə gözəlini təhqir etdi

İlqar Mikayıloğlu aparıcısı olduğu "Günə bax" verilişində "Türkiyə gözəli – 2024"ün qalibi İdil Bilgeni təhqir edib.

Sonxeber.az xəbər verir ki, aparıcı İdil Bilgen haqqında bu sözləri deyib:

"Bu şəxsə kim gözəl deyə bilər? Çənəsi "yer şumlamaq" üçün nəzərdə tutulub. Bu xanımın Türkiyədə gözəllik yarışmasının qalibi olması mənim üçün çox təəccüblü qaldı. Bu məsələ Türkiyə mətbuatında da çox ciddi müzakirələrə səbəb olub. İdil Bilgeni Türkiyənin məşhur aktyorlarından olan Kemal Sunala oxşadıblar"

Tamaşaçılardan birinin "Nəsibənin kuklasına oxşayır" rəyinə, aparıcı "Nəsibənin kuklası daha gözəl idi" cavabını verib.