"Xankəndi"də YENİ TƏYİNAT

1-ci Liqanın debütantı “Xankəndi”də yeni məşqçi təyinatı reallaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

UEFA B kateqoriyalı məşqçi Ruzi Qiyaslı bölgə təmsilçisində qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Mütəxəssislə 1 illik müqavilə imzalanıb.