Ağdamda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib

Hadisə Quzanlı-Əfətli yolunun Xındırstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, "Vaz-2107" markalı minik maşınının ağaca çırpılması nəticəsində üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.  

Həlak olanlar, Ağdam rayon Eyvazlı kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Aydın Kamil oğlu, Ağdam rayon Kəngərli kənd sakini, 2001-ci il təvəllüdlü İbadov Yusif Kamil oğlu və Ağdam rayon Quzanlı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Musayev Təhməz Tariyel oğludur. 

Ağdamda baş verən qəza nəticəsində ölənlərdən Qasımov Aydın Kamil oğlu rayonun fəal gənclərindən olub. Ağdam rayonunda bir sıra vəzifələrdə çalışıb.