Xaçmazda polis kapitanı qəfil VƏFAT ETDİ

Avqustun 19-da Xaçmaz rayonunda polis zabiti Zahid Mahmudov vəfat edib.

Xidməti vəzifələrini icra edərkən polis əməkdaşının halı qəflətən pisləşib, xəstəxanaya aparılarkən həyatını itirib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən Musavat.com-a təsdiqləyiblər.